Xırdalanda partlayış nəticəsində həyatını itirən 2007-ci il təvəllüdlü Xədicə Vüsal qızı Mustafayeva idmançı olub.
Asayis.az Xitab24.az-a istinadla xəbər verir ki, 19 yaşlı gənc idmanın kikboksinq növü ilə məşğul olub və bir sıra turnirlərin qalibi adını qazanıb.
Məlumata görə, X.Mustafayeva partlayışdan öncə ailə üzvlərinə məktub yazıb.
Qeyd edək ki, hadisənin ötən gün səhər saatlarında qeydə alındığı bildirilir. Partlayışla bağlı cinayət işi açılıb.
