Bir ailənin dörd üzvü dəm qazından zəhərləndi

 Bir ailənin dörd üzvü dəm qazından zəhərləndi

Bərdədə dörd nəfər dəm qazından zəhərlənib.

Asayis.Az APA-ya istinadla xəbər verir ki, Səttarxan küçəsində yaşayan, 1987-ci il təvəllüdlü Günel Qədirova, övladı 2005-ci il təvəllüdlü Güllü Zeynalova, gəlinləri 1991-ci il təvəllüdlü Sevinc Qədirova və onun övladı 2011-ci il təvəllüdlü Leyla Qədirli dəm qazından zəhərləniblər.

Onlar xəstəxanaya yerləşdiriliblər, hazırda vəziyyətləri normaldır.

Faktla bağlı araşdırma aparılır.

12:33 - 6 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin