Azərbaycanda məhbus dünyasını dəyişib.
Asayis.Az APA-ya istinadla xəbər verir ki, hadisə bu gün səhər saatlarında Şəki Rayon Mərkəzi Xəstəxanasında baş verib. Şəki Penitensiar müəssisəsində cəza çəkən 1975-ci il təvəllüdlü Yevlax şəhər sakini Kamal Şəmistan oğlu Abdullayev ötən gün səhhəti ilə bağı Şəki RMX-na yerləşdirilib.
K.Abdullayevdə bu gün səhər saatlarında bioloji ölüm faktı qeydə alınıb. Meyit müayinə edilmək üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şəki rayon şöbəsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.