Azərbaycanda məhbus xəstəxanada vəfat edib

 Azərbaycanda məhbus xəstəxanada vəfat edib

Azərbaycanda məhbus dünyasını dəyişib.

Asayis.Az APA-ya istinadla xəbər verir ki, hadisə bu gün səhər saatlarında Şəki Rayon Mərkəzi Xəstəxanasında baş verib. Şəki Penitensiar müəssisəsində cəza çəkən 1975-ci il təvəllüdlü Yevlax şəhər sakini Kamal Şəmistan oğlu Abdullayev ötən gün səhhəti ilə bağı Şəki RMX-na yerləşdirilib.

K.Abdullayevdə bu gün səhər saatlarında bioloji ölüm faktı qeydə alınıb. Meyit müayinə edilmək üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şəki rayon şöbəsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

11:00 - 6 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin