"Taksiyə əyləşmişəm, sürücü yatıb" - Deputatdan ETİRAF

"Xidmət sahəsində müəyyən standartlar olmalıdır. Təsəvvür edin ki, çox təəssüflər olsun, mənim başıma gəlib. Taksiyə əyləşmişəm, sürücü yatıb". Yaxud sürücü avtomobili idarə etmək gücündə deyil. Bu onu göstərir ki, sürücü sabaha qədər yatmayıb. Hər an qəza törədə bilər".

Asayis.Az xəbər verir ki, bu sözləri millət vəkili Naqif Həmzəyev deyib. "Space TV"də yayımlanan "Qarışıq gündəm" proqramına dəvət olunan deputat taksilərin normal fəaliyyəti üçün müəyyən standartların müəyyənləşdirilməsinin vacibliyini vurğulayıb:

"Biz dəfələrlə qəza hadisəsi ilə rastlaşırıq. Nəticədə məlum olur ki, sürücü ilk dəfədir, sükan arxasında əyləşib, sürücülük vəsiqəsi belə yoxdur. Taksi sürücülərini işə götürən şirkətlər onlarla müqavilə imzaladıqda mütləq bu standratlara cavab verib-verməməsini yoxlamalıdır. Burada insan taleyindən söhbət gedir. Bu həm sürücünün, həm də sərnişinin təhlükəsizliyini təmin edəcək. Bu baxımdan düşünürəm ki, gec-tez standratlar müəyyənləşdirilməldir".

17:50 - 5 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin