Şükürbəyli kəndinə daha 25 ailə yola salındı

 Şükürbəyli kəndinə daha 25 ailə yola salındı

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış çərçivəsində Cəbrayıl rayonun Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb.

Asayis.az xəbər verir ki, bu mərhələdə Şükürbəyli kəndinə 25 ailə - 154 nəfər köçürülür.

Qeyd edək ki, köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

09:10 - 10 Sentyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin