Bakıda 3 nömrəli marşrut avtobusunun hərəkət intervalı sərnişinlər arasında yenidən narazılığa səbəb olur.
Bu barədə Asayis.az-a şəhər sakinləri şikayət edib.
Sərnişinlərin sözlərinə görə, avtobusun intervalının 7-8 dəqiqə olması nəzərdə tutulsa da, xüsusilə səhər saatlarında gözləmə müddəti xeyli artır.
“Bu gün 3 nömrəli avtobusu tam 28 dəqiqə gözləmişəm. “Gənclik”-“Dərnəgül” istiqamətində metro hərəkətinin məhdudlaşdırılması fonunda 3 nömrəli avtobusların sayının artırılması və hərəkət intervalının qısaldılması gözlənildiyi halda, əksinə, intervallar kəskin artıb”, - şikayətdə bildirilib.
Məsələ ilə bağlı Bakı Bus MMC-yə dəfələrlə sorğu ünvanlasaq da, problem öz həllini tapmayıb.
