Anar Əsədli barəsində qərar verildi

 Anar Əsədli barəsində qərar verildi

Ləğv edilmiş Yüksəliş Partiyasının sədri Anar Əsədlinin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Asayis.az APA-ya istinadla xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Əfqan Ələkbərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, zərərçəkənlərdən birinin epizodu üzrə cəzaya cəlb etmə müddəti keçdiyi üçün, ona xitam verilib. Digər hissələrdə isə dəyişiklik edilməyib və birinci instansiyasiya məhkəməsinin hökmü qüvvədə saxlanılıb.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Anar Əsədli 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Anar Əsədliyə qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb və barəsində 2023-cü ilin aprel ayında həbs qətimkan tədbiri seçilib. Sonradan məhkəmə Anar Əsədlini ev dustaqlığına buraxsa da, o, ilk baxış iclasında zərərçəkmiş tərəfin vəsatəti əsasında məhkəmə zalında həbs edilib.

Cinayət işində zərərçəkən qismində Oqtay Qasımov, İlham Hüseynli, Etibar Nəsibov və Tamara Allahverdiyeva tanınıb.

16:42 - 8 Sentyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin