Bakıda ağır qəza: ölən var

 Bakıda ağır qəza: ölən var

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Asayis.az xəbər verir ki, Sabunçu qəsəbəsi ərazisində, Bakı Olimpiya Stadionunun yaxınlığında 1998-ci il təvəllüdlü Şahin Elman oğlu Məmmədovun idarə etdiyi "Hunday" markalı avtomobil ötmək əməliyyatını yerinə yetirərkən 1998-ci il təvəllüdlü Ruslan Maqsud oğlu Mayılzadənin idarə etdiyi "Mersedes-Benz" markalı avtomobilə dəyib.

Nəticədə "Hunday" markalı avtomobil idarəetməni itirərək aşıb və yol kənarına düşüb.

Hadisə zamanı Ş.Məmmədov yerləşdirildiyi Sabunçu Tibb Mərkəzində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

10:56 - 7 Sentyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin