Qəzada ölən Pərvinlə bağlı təsirli fakt

 Qəzada ölən Pərvinlə bağlı təsirli fakt

Sentyabrın 4-də Şahbuz rayonunda baş verən dəhşətli avtomobil qəzasında həyatını itirən Pərvin Şıxəliyev əsgərlikdən yenicə qayıtmışdı.

Asayis.az xəbər verir ki, bu barədə şəhid Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, qarşıda onu həyatının ən gözəl günlərindən biri, nişanı gözləyirdi: "Amma qurduğu bütün xəyallar bir qəza ilə yarımçıq qaldı".

E.İslamoğlu qeyd edib ki, Pərvinin bacısı da həmin qəza zamanı avtomobildə olub: "Ağır yaralı vəziyyətdə xəstəxanada müalicə olunur".

16:10 - 7 Sentyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin