Bakıda bu yol bir həftə sonra yenidən qazıldı - Video

 Bakıda bu yol bir həftə sonra yenidən qazıldı - Video

Lökbatan qəsəbəsində 139 nömrəli məktəbin qarşısındakı yol yenidən qazılıb.

Asayis.az xəbər verir ki, bu barədə şəhər sakinləri sosial mediada paylaşım ediblər.

“Ərazidəki problem daha əvvəl işıqlandırıldıqdan sonra həll edilsə də, təxminən bir həftə sonra yol yenidən qazılıb. Tədris ilinin başlamasına az vaxt qaldığı üçün ərazidə yaranmış vəziyyət narahatlıq doğurur”, - sakinlər bildirib.

Məsələ ilə bağlı İri Şəhərlərin Su Təchizatı Xidmətindən saytımıza bildirilib ki, bir neçə müddət öncə sözügedən ünvandan keçən tullantı su xəttində qəza baş verib.

“Bu səbəblə xətdə təmir işləri görülüb. Lakin sonradan xəttin digər bir hissəsində qəzanın baş verməsi ərazidə yenidən əsaslı təmir işlərinin aparılmasını zəruri edib. Xəttin qəzalı hissəsinin yeni boru ilə əvəz olunması istiqamətində işlərə başlanılacaq. Yaxın günlərdə məsələ tam öz həllini tapacaq”, - açıqlamada qeyd olunub.

16:02 - 8 Sentyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin