"Azneft"dən açıqlama: Təhlükəsizlik tədbirləri gücləndirildi!

Ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi, qeyri-sabit, küləkli keçməsi ilə bağlı SOCAR-ın “Azneft” İstehsalat Birliyinin istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib.

İstehsalat Birliyindən Asayis.az-a verilən məlumata görə, təhlükəli işlərin görülməsi məhdudlaşdırılıb, əmək normaları çərçivəsində insan sağlamlığının qorunması üçün müvafiq tədbirlər həyata keçirilib.

“Bütün sahələrdə maarifləndirmə aparılır, mövcud vəziyyət nəzarətdə saxlanılır”, - deyə qurumun yaydığı məlumatda bildirilir.

19:02 - 7 Sentyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin