Tərtərdə 52 yaşlı kişi ayaqlarından güllələndi

 Tərtərdə 52 yaşlı kişi ayaqlarından güllələndi

Tərtər sakini odlu silahdan açılan atəş nəticəsində xəsarət alıb.

Asayis.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Şıxarx qəsəbəsində qeydə alınıb.

1974-cü il təvəllüdlü Məzahir Yusifov hər iki ayağından tüfənglə vurulub.

Yaralı Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

12:02 - 7 Sentyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin