Astarada avtomobil dərəyə aşıb: Ata öldü, oğlu xəsarət aldı

 Astarada avtomobil dərəyə aşıb: Ata öldü, oğlu xəsarət aldı

Astara rayonunda atanın ölümü, oğulun isə xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Asayis.Az Report-a istinadla xəbər verir ki, hadisə rayonun dağlıq ərazisində yerləşən Motalayataq kəndi ərazisində qeydə alınıb. Belə ki, kənd sakini 1967-ci il təvəllüdlü Zakir Lələyevin idarə etdiyi "Niva" markalı avtomobil idarəetmədən çıxaraq dərəyə aşıb.

Nəticədə sürücü hadisə yerində ölüb. Avtomobildə olan sərnişin - sürücünün oğlu 1995-ci il təvəllüdlü Ruslan Zakir oğlu Aydınzadə isə xəsarət alıb.

Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

14:35 - 5 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin