Bakıda maşın ağaca çırpıldı: ölən var

 Bakıda maşın ağaca çırpıldı: ölən var

Bakının Suraxanı rayonunda maşın ağaca çırpılıb.

Asayis.az xəbər verir ki, 2000-ci il təvəllüdlü Tehran Seyidov idarə etdiyi “Renault Megane” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib.

Avtomobil yolun sağ hissəsindəki ağaca çırpılıb.

Hadisə nəticəsində avtomobildə olan sərnişin, 1981-ci il təvəllüdlü Eşqin Qasımov hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

09:48 - 4 Sentyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin