Bakıda film kimi hadisə

 Bakıda film kimi hadisə

Ötən gecə paytaxtın Qaradağ rayonu ərazisində maşın dərəyə aşıb, köməksiz qalan sürücü isə ətrafdakılar tərəfindən xilas edilib.

Asayis.Az xəbər verir ki, qəza ilə bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, hadisə bu gecə Bakı şəhəri, Qaradağ rayonunun ərazisində baş verib:

"FHN-in “112” qanar telefon xəttinə daxil olan məlumata əsasən, "Ford" markalı minik avtomobili körpüdən aşıb, nəticədə avtomobildə yanğın baş verib. FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən yanğın söndürülüb. Avtomobildəki şəxs isə FHN qüvvələri gələnə qədər təcili tibbi yardım briqadasına təhvil verilib".

11:00 - 5 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin