"Altın Kelebek"ə layiq görülən - AZƏRBAYCANLI MƏŞHURLAR

Ötən gün Türkiyədə film, serial və musiqi sahəsində ən yaxşıların mükafatlandırıldığı "Altın Kelebey"in təqdimat mərasimi baş tutub.

Asayis.Az BAKU.WS-ə istinadən xəbər verir ki, 48-ci dəfə təşkil edilən mötəbər tədbirdə türkiyəli məşhurlarla yanaşı azərbaycanlı tanınmışlar da iştirak ediblər.

Gecədə ölkəmizdən aparıcı Turanə Hüseynli və müğənnilər Nazryn, Ayaz Babayev yer alıblar. Onlara "Altın Kelebey”i Xalq artisti Röya Ayxan təqdim edib.

İlk dəfə "Altın Kelebek" alan Nazryn və Ayaz mükafatlandırmadan sonra öz ifalarını səsləndiriblər.

10:42 - 5 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin