Bakıda kafedə qadın kişini bıçaqladı - Cinayət işi açıldı

 Bakıda kafedə qadın kişini bıçaqladı - Cinayət işi açıldı

Bakıda kafedə qadın kişini bıçaqlayıb.

Asayis.Az Report-a istinadla xəbər verir ki, hadisə noyabrın 4-də paytaxtın Nərimanov rayonu, R.Əliyev küçəsi 5 saylı ünvanda yerləşən "Kafe 21” adlı iaşə müəssisəsində qeydə alınıb.

Belə ki, 1997-ci il təvəllüdlü İbrahimli Nigar Elçin qızı mübahisə zəminində 1990-cı il təvəllüdlü Hüseynli Şamil Zahir oğluna bıçaqla xəsarət yetirib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

10:32 - 5 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin