Vüsal Nəsirli ona yüksək vəzifə verdi - Foto

 Vüsal Nəsirli ona yüksək vəzifə verdi - Foto

Həmid Mübah oğlu Mehdiyev Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Normativ hüquqi aktlar və hüquqi tənzimləmə şöbəsinin müdiri təyin edilib.

Asayis.az Unikal.az-a istinadla xəbər verir ki, bununla bağlı AAYDA sədri Vüsal Nəsirli müvafiq əmr imzalayıb.

Qeyd edək ki, Həmid Mehdiyev bundan əvvəl İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Daxili nəzarət şöbəsinin müdiri vəzifəsində çalışırdı.

12:16 - 31 Avqust 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin