Bakıda 15 yaşlı gənci bir neçə nəfər döyüb

 Bakıda 15 yaşlı gənci bir neçə nəfər döyüb

Bakının Xəzər rayonunda 15 yaşlı gəncin xəsarət alması ilə nəticələnən döyülmə hadisəsi baş verib.

Asayis.Az “Report”a istinadən xəbər verir ki, Binə qəsəbəsində 15 yaşlı Höcətli Fərid Mübariz oğlu bir neçə nəfərin hucumuna məruz qalaraq döyülüb.

F. Höcətli təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Hadisənin təfərrüatı araşdırılır.

11:26 - 4 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin