Bu rayonlara qar yağıb - FOTO

 Bu rayonlara qar yağıb - FOTO

Dekabrın 3-ü axşam saatlarından başlayaraq Daşkəsən, Göygöl və Gədəbəy rayonlarına qar yağıb.

Asayis.Az APA-ya istinadən xəbər verir ki, Daşkəsən rayonunun Xoşbulaq, Qaraqullar, Təzəkənd, Çıraqlı, Əmirvar, Qabaqtəpə, Astaf, Alaxançallı kimi ucqar dağ kəndlərində qarın hündürlüyü 15-25 santimetrə çatıb.

Daşkəsəndə yağan qarın yollarda nəqliyyatın hərəkətinə çətinlik yaratmaması üçün “31 saylı Yol İstismarı” MMC tərəfindən mütəmadi təmizləmə işləri aparılır, qum-duz qarışığı səpilir.

Hazırda qərb bölgəsində qeyri sabit hava şəraiti davam edir.

10:55 - 4 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin