Kəlbəcərdə mövqelərimiz atəşə tutulub - RƏSMİ

 Kəlbəcərdə mövqelərimiz atəşə tutulub - RƏSMİ

Dekabrın 4-ü saat 03:50 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə Asayis.Az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

10:10 - 4 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin