Zaurla Günay oğullarına təmtəraqlı doğum günü məclisi keçirtdilər

 Zaurla Günay oğullarına təmtəraqlı doğum günü məclisi keçirtdilər

Aparıcılar Zaur və Günay Baxşəliyevlər oğulları Davudun 2 yaşı tamam olması münasibəti ilə təmtəraqlı doğum günü məclisi keçiriblər.

Asayis.Az xəbər verir ki, ad günü məclisindən görüntüləri məşhur cütlük sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüblər.

“İllər keçir, yadda qalan anlar olur. Bu anları sevə-sevə sizinlə paylaşırıq. Allah bütün balaları qorusun, olmayanlara nəsib etsin”, - deyə Zaur və Günay yayımladığı videoya şərh yazıblar.

Görüntülərə əsasən, Davudun xoş gününə Zaur və Günayın ailə üzvləri və yaxınları toplaşıb. Onlar birlikdə deyib-gülüb, canlı musiqi sədaları altında rəqs edərək əyləniblər. Məclisin sonunda isə sevilən ailə bir araya gələrək Davudun tortunu kəsiblər.
Qeyd edək ki, Zaur və Günay cütlüyü 10 ildir ki ailəlidir. Televiziya ulduzlarının Davuddan başqa, Dilavər adlı adlı daha bir qız övladı var. İkili ATV kanalında "Bizimləsən" ictimai-sosial verilişin və həmin kanalda həftə sonu "Zaurla Günaydın" səhər şousunun aparıcısıdır.
 

00:50 - 4 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin