Göyçayda 34 yaşlı müəllim intihar edib

 Göyçayda 34 yaşlı müəllim intihar edib

Göyçay rayon sakini intihar edib.

Hadisə bu gün Göyçay şəhərində qeydə alınıb. Ərəbcəbirli kənd sakini, 1988-ci il təvəllüdlü Gülnar Yusifova şəhərin H.Tağıyev küçəsində yerləşən evində özünü zəhərləyərək öldürüb. Ərəbcəbirli kənd tam orta məktəbində müəllim işləyən və 3 uşaq anası olan Gülnar Yusifovanın intiharının səbəbi hələ ki, məlum deyil. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədirlər.

Qadının meyiti müayinə üçün Respublika Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Göyçay rayon şöbəsinə aparılıb.Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.//apa

14:17 - 21 Yanvar 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin