"Şəfiqəni bir də mənim verilişimdə görməyəcəksiniz" - Elgiz Əkbər

Aparıcı Elgiz Əkbər verilişini tərk edən vəkil Şəfiqə Nağıyeva haqqında ilk dəfə danışıb.

Asayis.Az xəbər verir ki, aparıcı tamaşaçıların artıq "Elgizlə izlə" verilişində Şəfiqə Nağıyevanı görməyəcəyini bildirib:

"Artıq Şəfiqə Nağıyeva verilişimdə ekspert kimi iştirak etmir. Əgər söhbət məndən gedirsə ki, mən kiminləsə küsülülük saxlayıram, bu belə deyil. Mən heç kimlə küsülü deyiləm, Azərbaycanda küsülü olduğum heç kəs yoxdur. Yeganə bir nəfər var idi, onunla da barışmışam. O ki, qaldı Şəfiqə Nağıyevaya, biz bir də heç vaxt əməkdaşlıq etməyəcəyik. Yəni onu bir daha mənim efirimdə görməyəcəksiniz".

Xatırladaq ki, bir neçə gün əvvəl vəkil Şəfiqə Nağıyeva ilə "Elgizlə izlə" verilişinin iştirakçısı Nüsrət arasında mübahisə yaşanıb. Daha sonra Nağıyeva ağlayaraq verilişi birdəfəlik tərk edib.

14:10 - 3 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin