Əli Əsədovdan əlavə pullarla bağlı QƏRAR

 Əli Əsədovdan əlavə pullarla bağlı QƏRAR

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əmək haqlarına müddətli əlavənin müəyyən edilməsi barədə qərara dəyişiklik edilib.

Asayis.Az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Dəyişikliklə COVID-19-la mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əmək haqlarına verilən əlavənin müddəti 2023-cü il yanvarın 1-dək uzadılıb.

Qeyd edək ki, bu müddət noyabrın 1-də başa çatmışdı.

12:22 - 3 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin