Qəbələ rayonunun Hacallı kəndi, Ağcabədi rayonunun Aşağı Qiyaməddinli kəndi və Ağsu şəhəri ərazisində yanğın hadisələri törədən şəxslər polis əməkdaşları tərəfindən müəyyən ediliblər.
Bu barədə Asayis.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, araşdırmalarla yanğının E.Məhyəddinov, İ.Zeynalov və E.Musayev tərəfindən törədildiyi məlum olub.
Yanğın hadisələri nəticəsində biçilmiş əkin sahəsi və kol-kos yanıb.
Həmin şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.
