Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin “RehaPoint” Ambulator Reabilitasiya Məntəqəsində əlilliyi olan şəxslərin reabilitasiya xidmətləri ilə təminatı davam etdirilir.
ƏƏSMN-dən Asayis.az-a verilən məlumata görə, 2023-cü ilin dekabrın 1-dən Qarabağ Regional DOST Mərkəzində fəaliyyətə başlayan Məntəqədə ötən dövrdə 4318 şəxsə xidmətlər göstərilib.
Bildirilib ki, bölgədə yaşayan əlilliyi olan şəxslər burada ambulator formada müalicəvi bədən tərbiyəsi, əmək terapiyası, psixoloq və loqoped xidmətlərindən faydalanırlar.
Qeyd edilib ki, məntəqədə ötən dövrdə əlilliyi olan 415 şəxsə isə ehtiyaclarına uyğun olaraq 10 500-dən çox reabilitasiya vasitəsi verilib.
