Röyal Qədirliyə yüksək vəzifə verildi

 Röyal Qədirliyə yüksək vəzifə verildi

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AYDA) yeni kadr təyinatı olub.

Asayis.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı AAYDA sədri Vüsal Nəsirli müvafiq əmr imzalayıb.

Belə ki, Röyal Qədirli İnsan resursları və təşkilati inkişaf departamentinin müdir müavini vəzifəsinə təyin olunub. O, daha əvvəl Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində çalışıb.

Xatırladaq ki, bir müddət əvvəl həmin departamentin müdiri vəzifəsinə isə Azər Musayev təyin olunub.

21:02 - 18 Avqust 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin