Vüsal Nəsirli müğənninin qardaşına yüksək vəzifə verdi - Foto

 Vüsal Nəsirli müğənninin qardaşına yüksək vəzifə verdi - Foto

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) yeni kadr təyinatı olub.

Asayis.az Nocomment.az-a istinadla xəbər verir ki, bununla bağlı AAYDA-nın İdarə Heyətinin sədri Vüsal Nəsirli Əmr imzalayıb.

Əmrə əsasən, Kamran Kərimbəyov Media monitorinqi və təhlili departamentinin rəhbəri təyin edilib.

Qeyd edək ki, müğənni Nərmin Kərimbəyova bir müddət əvvəl qaraciyərinin bir hissəsini qardaşı Kamran Kərimbəyovaya verib. Əməliyyat Türkiyədə gerçəkləşdirilib. Müğənni əməliyyatdan sonra reanimasiyaya düşüb, daha sonra palataya köçürülüb. Nərminin qardaşı uzun illərdir “Hepatit B” xəstəliyindən əziyyət çəkib.

14:30 - 17 Avqust 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin