Narkotik təsiri altında avtomobil idarə edən şəxs saxlanıldı

 Narkotik təsiri altında avtomobil idarə edən şəxs saxlanıldı

Masallı rayon sakini C.Ağayev idarə etdiyi “VAZ-2101” markalı avtomobillə Astara rayonu ərazisində yerləşən stasionar postda Baş Dövlət Yol Polisi İdarəsinin YPX Alayının əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə Asayis.az-a DİN-dən məlumat verilib.

Bildirilib ki, sənədlərin yoxlanılması zamanı sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçirilməsi təmin olunub. Müayinə nəticəsində C.Ağayevin narkotik maddə qəbul etdiyi və narkotik sərxoşluğu vəziyyətində olduğu müəyyən edilib.

Məhkəmənin qərarı ilə C.Ağayev 15 gün müddətinə inzibati qaydada həbs edilib.

"Baş Dövlət Yol Polisi İdarəsi bir daha bildirir ki, narkotik vasitələrin təsiri altında nəqliyyat vasitəsini idarə etmək təkcə sürücünün özünün deyil, digər yol hərəkəti iştirakçılarının da həyat və sağlamlığı üçün ciddi təhlükə yaradır. Bu cür hüquqazidd əməllərə yol verən şəxslərə qarşı qanunvericiliyə uyğun olaraq tədbirlər görüləcək", - məlumatda qeyd olunub.

09:44 - 17 Avqust 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin