Bakı-Qəbələ-Bakı qatarlarının hərəkət qrafiki dəyişir

 Bakı-Qəbələ-Bakı qatarlarının hərəkət qrafiki dəyişir

Ənənəvi mövsümlərarası keçidlə əlaqədar 19 sentyabrdan etibarən Bakı-Qəbələ-Bakı reyslərinin qrafikinə dəyişiklik ediləcək.

Azərbaycan Dəmir Yolları QSC-dən Asayis.az-a verilən məlumata görə, qatarlar Bakıdan Qəbələyə həftənin şənbə günü, Qəbələdən Bakıya isə bazar günü hərəkət edəcək.

ADY sərnişinlərə qeyd olunan tarixdən sonrakı səfər planları üçün yeni qrafiki nəzərə almaqlarını tövsiyə edib.

10:38 - 17 Avqust 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin