Polis Masallıda əməliyyat keçirdi: 9 kq narkotik aşkarlandı

 Polis Masallıda əməliyyat keçirdi: 9 kq narkotik aşkarlandı

Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat həyata keçirib.

DİN-nin mətbuat xidmətinin Lənkəran regional qrupundan Asayis.az-a verilən məlumata görə, tədbirlərlə qeyd edilən cinayət əməlini törətməkdə şübhəli bilinən 45 yaşlı Rəfail İsayev saxlanılıb. Onun idarə etdiyi avtomobildən 9 kiloqram narkotik vasitə aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır.

13:18 - 15 Avqust 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin