Sərhədi pozmağa cəhd göstərən Əlcəzair vətəndaşları...

 Sərhədi pozmağa cəhd göstərən Əlcəzair vətəndaşları...

Azərbaycanın dövlət sərhədini pozmağa cəhd göstərən Əlcəzair vətəndaşları tutulub.

Bu barədə Asayis.az-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirilib ki, Sərhəd Qoşunlarının "Xudat" sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində 2 Əlcəzair Xalq Demokratik Respublikası vətəndaşı – 1994-cü il təvəllüdlü Makhlouf Houari və 1996-cı il təvəllüdlü Brahim Houari dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

13:32 - 12 Avqust 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin