Müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri

 Müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin növbəti vakansiya seçimi mərhələsinin nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib.

Bu barədə Asayis.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.

Bildirilib ki, avqustun 8–10-da faktiki yaşayış rayonuna uyğun olaraq həvəsləndirmə tədbirlərinin tətbiq olunduğu ümumi təhsil müəssisələri üzrə keçirilən vakansiya seçimi nəticəsində 2058 namizəd uğur qazanaraq müsahibə mərhələsinə vəsiqə alıb.

Uğur qazanmayan və ya bu mərhələdə iştirak etməyən namizədlər müsabiqənin növbəti vakansiya seçimlərinə qatıla bilərlər.

Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin ümumi vakansiya seçimi mərhələsi avqustun 12-dən 15-dək keçiriləcək.

20:36 - 11 Avqust 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin