Azərbaycanda işsiz şəxslərin sayı artdı

 Azərbaycanda işsiz şəxslərin sayı artdı

Bu il iyulun 1-nə Azərbaycanda 248,5 min nəfər işsiz kimi qeydiyyatda olub.

Asayis.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) yarım illik "Pul Siyasəti İcmalı"nda bildirilir.

Sənədə əsasən, bu, yanvarın 1-i ilə müqayisədə 3,6% çoxdur.

Son 1 ildə isə ölkədə rəsmi işsizlərin sayı 8,5% artıb.

12:02 - 12 Avqust 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin