İstanbulda 57 yaşlı Azərbaycan vətəndaşı evində ölü tapılıb.
Asayis.az Milli.az-a istinadla xəbər verir ki, Lətifə İbadovanın meyiti polis əməkdaşları tərəfindən aşkarlanıb.
İlkin araşdırma zamanı qadının bədənində kəsici alətlə yetirilmiş xəsarət izləri müəyyən edilməyib. Hadisə yerində narkotik vasitə də aşkarlanıb.
Lətifə İbadovanın meyiti ölüm səbəbinin müəyyənləşdirilməsi üçün məhkəmə-tibbi ekspertizaya, İstanbul Ədli Tibb Qurumu morquna göndərilib.
Hadisə ilə bağlı araşdırma davam etdirilir.
