Siyəzəndə kafedə 79 yaşlı kişinin meyiti tapıldı

 Siyəzəndə kafedə 79 yaşlı kişinin meyiti tapıldı

Siyəzəndə kafedə meyit tapılıb.

Asayis.az APA-ya istinadla xəbər verir ki, hadisə avqustun 11-də Siyəzən şəhərinin ərazisində yerləşən kafedə baş verib.

Kafenin sanitar qovşağında Quba sakini 1947-ci il təvəllüdlü Eldar Babayevin meyiti aşkarlanıb.

Meyitin üzərində zorakılıq əlamətləri görünməyib.

Araşdırma aparılır.

13:12 - 12 Avqust 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin