Sabirabadda qaz balonu partladı – Ər və arvad xəsarət aldı

 Sabirabadda qaz balonu partladı – Ər və arvad xəsarət aldı

 

Sabirabadda qaz partlayışı nəticəsində ər-arvad yanıq xəsarətləri alıb.

Asayis.Az report-a istinadən xəbər verir ki, hadisə rayonun Qruzma kəndində qeydə alınıb.

Belə ki, qaz balonunun partlayışı nəticəsində ev sahibləri 1967-ci il təvəllüdlü Babayev Abdul Abusəməd oğlu və onun həyat yoldaşı 1970-ci il təvəllüdlü Babayeva Gültəkin Zəbulla qızı üz və bədənin müxtəlif hissələrindən yanıq xəsarətləri alıb.

Yaralılar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

10:19 - 2 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin