“Nizami” metrostansiyasının girişindən Füzuli meydanına qədər olan ərazi tamamilə bağlanıb. Hazırda orada yolun təmir işləri aparılır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Asayis.az-a bildirib ki, yolun təmir işlərinin avqustun 10-da başa çatdırılması nəzərdə tutulub.
