Bərdədə açıq sahədə yanğın - Video

 Bərdədə açıq sahədə yanğın - Video

Bərdə rayonunun Zümürxan kəndi ərazisində açıq sahədə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Asayis.az-a verilən məlumata görə, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Bərdə Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində açıq ərazidə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində 800 kv.m. quru ot və kol-kos yanıb. Ağaclar və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

17:48 - 6 Avqust 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin