Xocavənd rayonunda traktor minaya düşüb.
Asayis.az Report-a istinadla xəbər verir ki, hadisə rayonun Qızılqaya kəndində qeydə alınıb.
Məlumata görə, E.Abbasovun idarə etdiyi traktor kənd ərazisində minaya düşüb.
Hadisə nəticəsində texnikaya zərər dəysə də, xəsarət alan olmayıb.
