Ağdaşda 17 yaşlı qıza nişan mərasimi keçirilməsi ilə bağlı müvafiq ekspertizalar təyin edilib.
Asayis.az Report-a istinadla xəbər verir ki, çəkiliş aparan media nümayəndələri ilə mərasimi planlaşdıran şəxslər arasında yaranmış münaqişə də polis tərəfindən araşdırılır.
Araşdırmanın nəticəsindən asılı olaraq, qanunvericiliyin tələblərinə uyğun olaraq həmin şəxslər barəsində məsuliyyət tədbirləri görüləcək.
Xatırladaq ki, avqustun 7-də Ağdaşda 17 yaşlı qıza nişan mərasimi keçirilib, valideynləri polisə dəvət olunub. Həmçinin hadisəni işıqlandırmağa çalışan media nümayəndələrinə qarşı aqressiv davranılıb, onların çəkiliş aparmasına mane olunub və kameralarına müdaxilə edilib.
