Məşhur şadlıq sarayı 2,5 milyona satışa çıxarıldı - Foto

 Məşhur şadlıq sarayı 2,5 milyona satışa çıxarıldı - Foto

Bakının Qaraçuxur qəsəbəsində yerləşən "Cihan Saray" 2 milyon 500 min manata satışa çıxarılıb.

Asayis.az Valyuta.az-a istinadən xəbər verir ki, satışa təqdim edilən ikimərtəbəli obyektin ümumi faydalı sahəsi 1 048,2 kvadratmetrdir.

Bunun 840,6 kvadratmetrini zallar, 207,6 kvadratmetrini isə köməkçi sahələr təşkil edir.

Obyektin tavan hündürlüyü 11,3 metrdir. Bildirilir ki, geniş zallara və əlavə sahələrə malik bina şadlıq sarayı kimi fəaliyyət göstərmək üçün uyğundur.

22:38 - 7 Avqust 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin