Tiflis-Bakı qatarı 54 dəqiqə gecikmə ilə yola düşdü

 Tiflis-Bakı qatarı 54 dəqiqə gecikmə ilə yola düşdü

Bu gün saat 21:00-da hərəkətə başlamalı olan Tiflis-Bakı qatarı 54 dəqiqə gecikmə ilə yola düşüb.

Asayis.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib.

Bildirilib ki, buna səbəb Tiflis Dəmiryol Vağzalında elektrik enerjisi təchizatında problemin yaranması olub.

"Bundan bir neçə gün əvvəl də Gürcüstanda elektrik enerjisi böhranı səbəbindən Bakı-Tiflis qatarı Tiflis Dəmiryol Vağzalına 2 saat 30 dəqiqə gecikmə ilə çatmışdı", - məlumatda qeyd olunub.

23:24 - 5 Avqust 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin