Gəncədə restoran qarşısında kütləvi dava: ölən var

 Gəncədə restoran qarşısında kütləvi dava: ölən var

Gəncə şəhərində restoran qarşısında başlayan kütləvi dava qanla bitib.

Asayis.az Report-a istinadla xəbər verir ki, dava zamanı 1983-cü il təvəllüdlü Azər Yusifov aldığı bıçaq yarasından hadisə yerində dünyasını dəyişib.

Bundan başqa 1995-ci il təvəllüdlü Rahib Bayramlı, 1998-ci il təvəllüdlü Tural İlyasov və onun həmyaşıdı Azamat Peşerskiy bıçaq xəsarətləri ilə Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdiriliblər.

Qətli törətməkdə şübhəli bilinən 2006-cı il təvəllüdlü M. Məmmədzadə polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma başlanılıb.

09:30 - 6 Avqust 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin