Polis narkokuryerin maşınına atəş açaraq saxladı, Binəqədidə əməliyyat

 Polis narkokuryerin maşınına atəş açaraq saxladı, Binəqədidə əməliyyat

Bakıda narkotik maddələrin daşınmasını həyata keçirən şəxsə qarşı əməliyyat keçirib.

Məlumata görə, əvvəllər Cinayət Məcəlləsinin 177-ci (oğurluq) və 234-cü (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddələri ilə məhkum olunan Lənkəran şəhər sakini, 1981-ci il təvəllüdlü Vüsal Hüseynov “Daewoo” markalı avtomobillə narkotik daşıyır. Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbir zamanı şübhəli şəxs avtomobili polis əməkdaşlarının üzərinə sürüb, qaçmağa cəh edib.

Polis əməkdaşları xidməti silahdan istifadə etməklə onun avtomobilinin təkərinə açdıqları atəş nəticəsində nəqliyyat vasitəsini saxlayıblar. Onun üzərindən və idarə etdiyi avtomobildən külli miqdarda narkotik vasitə olan heroin, eləcə də psixoterap maddələr aşkarlanaraq götürülüb. O bildirib ki, "gözləmirdim polis atəş aça bilər. Polisin narkotiklə mübarizədə inadkarlığını gördüm...".

12:28 - 21 Yanvar 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin