Bakıda ofisdən meyit tapıldı

 Bakıda ofisdən meyit tapıldı

Bakıda ofisdə meyit tapılıb.

Asayis.az APA-ya istinadla xəbər verir ki, hadisə avqustun 5-də Nizami rayonunda qeydə alınıb.

Bakı şəhər sakini 1975-ci il təvəllüdlü Vüqar Xəlilovun meyiti işlədiyi Q.Qarayev prospekti 23-də yerləşən ev alqı-satqısı ofisində aşkarlanıb.

Meyitin üzərində zorakılıq əlamətləri görünməyib.

Araşdırma aparılır.

12:04 - 6 Avqust 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin