Tərtərdə baş verən yanğın iki nəfərin ölümü ilə nəticələnib.
Asayis.az xəbər verir ki, hadisə Tərtər şəhərində baş verib.
Yanğın zamanı evdə olan ər-arvad Əsgər Vəli oğlu Səmədov və Adilə Soltan qızı Hüseynova yanaraq ölüb.
Faktla bağlı araşdırma başlanıb.
