Almaniya 23 Azərbaycan vətəndaşını ölkədən çıxardı

 Almaniya 23 Azərbaycan vətəndaşını ölkədən çıxardı

Noyabrın 30-da 23 nəfər Azərbaycan vətəndaşı Almaniyadan ölkəyə geri qəbul edilib.

Bu barədə Asayis.Az-a Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş çərçivəsində həyata keçirilən geri qəbul prosesi Nazirlər Kabineti yanında Operativ Qərargahın pandemiya ilə əlaqədar müəyyən etdiyi qaydalarla baş tutub.

Qeyd edək ki, fəaliyyəti Dövlət Miqrasiya Xidməti tərəfindən əlaqələndirilən Reinteqrasiya üzrə İşçi Qrupu readmissiya olunan Azərbaycan vətəndaşlarının yerli cəmiyyətə reinteqrasiyası və üzləşə biləcəkləri mümkün çətinliklərin həlli istiqamətində müvafiq tədbirlər həyata keçirir.

11:37 - 1 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin